Keçmiş dövlət katibindən qorxunc proqnoz: 11 sentyabr təkrarlana bilər

   Keçmiş dövlət katibindən qorxunc proqnoz:    11 sentyabr təkrarlana bilər
  29 Avqust 2022    Oxunub:975
ABŞ-ın keçmiş dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Mayk Pompeo ölkədə 11 sentyabr 2001-ci il terror aktlarının təkrarlanması riskinin olduğunu bildirib.
O, bu barədə “Cats Roundtable” radiosuna verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, 20 il əvvəl Nyu-Yorkda olduğu kimi, ABŞ-a daha çox hücum edilir: “ Bir il ötür ki, hamı öz gözləri ilə amerikalıların geridə qaldığını gördü. On üç amerikalı öldü. Biz bu ölkədən quyruğumuzu ayağımızın arasına alıb qaçanda əfqanlar Amerika təyyarələrindən yapışmışdılar”.



Bir müddət əvvəl amerikalı köşə yazarı Cek MakFerrin öz məqaləsində yazmışdı ki, ABŞ prezidenti Cozef Baydenin müşavirlərinə məhəl qoymamaq və birtərəfli qərarlar qəbul etmək istəyi Əfqanıstanda ABŞ-ın xarici siyasətində “dəhşətli” fəlakətə səbəb olub.



2001-cı il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində təxminən 3 min insan həlak olub. Rəsmi məlumata əsasən, həmin gün səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb.



“Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. “American Airlines” və “United Airlines” aviakompaniyalarına məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilir. Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. “Əkiz” binaların dağıntılarının təmizlənməsi isə 8 aydan çox vaxt aparıb. Pentaqonun binasının dağılmış qərb hissəsi 2002-ci ilin sentyabr ayında bərpa olunub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti