Norveç qaz almaq üçün Ukraynaya 205 milyon avro verəcək

Norveç qaz almaq üçün Ukraynaya 205 milyon avro verəcək
  29 Avqust 2022    Oxunub:1407
Norveçin baş naziri Yonas Stere ölkəsinin Ukraynaya qazın alınması üçün təxminən 205 milyon avro göndərəcəyini bildirib.
Bu barədə “Frans Presse” agentliyi məlumat yayıb. “Ukrayna Norveçdən enerjiyə çıxışın təmin edilməsində liderliyi ələ almağı xahiş edib. Biz cavab veririk və iki milyard krondan (təxminən 205 milyon avro) istifadə etməyi təklif edirik ki, ukraynalılar bu payızda və qışda qaz ala bilsinlər”, - deyə o bildirib. Qeyd olunur ki, pul Avropa Yenidənqurma və İnkişaf Bankı vasitəsilə Ukraynaya göndəriləcək.


AzVision.az



Teqlər:



Xəbər lenti