“Sağlam Gənclik İdmanda” layihəsi davam edir

“Sağlam Gənclik İdmanda” layihəsi davam edir
  02 May 2014    Oxunub:1297
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Sağlam Gənclik İdmanda” layihəsi uğurla davam edir. Layihənin əsas məqsədi gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onların asudə vaxtlarını sağlam həyat tərzinə uyğunlaşdırmaqla ölkəmizdə geniş idman hərəkatına dəstək verməkdir.
Layihə çərçivəsində Sabunçu rayonunda gənclər arasında ölkəmizdə daima maraqla qarşılanan 3 idman növü – futbol, volleybol və boulinq üzrə yarışlar keçirilmişdir. Qeyd edək ki, layihədə ümumilikdə 60 nəfər gənc iştirak edir.

Layihə rəhbəri Cavid Əliyevin bizə verdiyi məlumata görə, layihədə iştirak edən gənclərin əksəriyyəti bu idman növlərində peşəkar olmasalar belə, gələcəkdə daha geniş miqyaslı yarışlarda iştirak üçün öz qabiliyyətlərini genişləndirəcəklərini söyləmişdilər: “Biz gənclər daima dövlətimizin idmana göstərdiyi qayğı barədə digər gəncləri də məlumatlandırmalı, bu qayğıdan onlarında yararlanmasına imkan yaratmalıyıq” .

Onu da qeyd edək ki, layihədə hər idman növü üzrə qalib gəlmiş komandaların mükafatlandırılması prosesi yaxın günlərdə peşəkar idmançıların iştirakı ilə həyata keçiriləcək.


Teqlər:





Xəbər lenti