Oğlunu aclıqdan öldürən anaya ömürlük həbs verildi

   Oğlunu aclıqdan öldürən anaya ömürlük həbs verildi
  30 Avqust 2022    Oxunub:1305
ABŞ-da yaşayan 38 yaşlı veqan ana Şeila Oliri 1 yaş 6 aylıq olan oğlu Ezra Olirini anadan olduğu gündən yalnız meyvə, tərəvəz və ana südü ilə bəsləyib. Bunlar uşağın qidalanmasında kifayət qədər yetərli olmadığı üçün o, həyatını itirib.
Övladının ölümünə səbəb olduğuna görə qadın ömürlük həbs cəzası alıb. Ana adam öldürmə, uşaqlara qarşı zorakılıq və qəsdən adam öldürmə ilə ittiham olunub. Hazırda həbsdə olan əri Ryan Patrik Olirinin də eyni ittihamlarla mühakimə olunacağı gözlənilir.

Qeyd edək ki, polisin verdiyi məlumata görə, 18 aylıq oğlan uşağı 8 kiloqram ağırlığında olub. 2019-cu ilin sentyabr ayında həyatını itirəndə isə 7 aylıq bir uşaqla eyni çəkidə olduğu bildirilib.

Verilən məlumata görə, OLirinin 3 və 5 yaşlarında az qidalanmadan əziyyət çəkən 2 uşağı da var.

Şəms Şahinli
AzVision.az


Teqlər:



Xəbər lenti