Azərbaycan Prezidenti Şarl Mişellə danışıb

 Azərbaycan Prezidenti Şarl Mişellə danışıb
  30 Avqust 2022    Oxunub:963
Avqustun 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Telefon danışığı əsnasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və Avropa İttifaqının təşkilatçılığı ilə avqustun 31-də Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti