MAQATE missiyası avqustun 31-də Zaporojye AES-ə gələcək

MAQATE missiyası avqustun 31-də Zaporojye AES-ə gələcək
  30 Avqust 2022    Oxunub:1130
Bazar ertəsi Vyananı tərk edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) 14 nəfərdən ibarət missiyası çərşənbə günü Zaporojye AES-ə gələcək.
AzVision.az xəbər verir ki, bu barədə “The New York Times” öz mənbəsinə istinadən məlumat yayıb.

Xatırladaq ki, rəsmi Kiyev ZAES-in tez-tez atəşə məruz qalmasına görə Rusiyanı ittiham edib. Ukrayna rəhbərliyi dəfələrlə Kremlin işğalda qalan məlum AES-də təxribatlar törətdiyini bəyan edib.

MAQATE-nin missiyası Zaporojye AES-ə gedir
Qeyd edək ki, ZAES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, bloklarının sayına və gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasılarından biri sayılır. Moskva martın 4-dən ZAES-ə nəzarət edir. Rusiya hərbçiləri AES-in "peyk şəhəri" kimi tanınan Enerqodarı da zəbt ediblər.

Son zamanlar isə ZAES-in ərazisi bir neçə dəfə atəşə tutulub. Hətta bir sıra obyektlərə ziyan da dəyib. Ukrayna hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyindən məlum problemin, ümumilikdə münaqişənin həllində kömək istəyib.
Rusiya isə bu günlərdə Kiyevin ZAES-də böyük fəlakətə səbəb olacaq partlayışlar törətməyə hazırlaşdığını iddia etmişdi.

Avropa İttifaqı və dünyanın 40-dan çox ölkəsi Rusiyanı öz qoşunlarını və şəxsi heyətini ZAES-dən dərhal çıxarmağa çağırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   AES  



Xəbər lenti