Atası qızının keçmiş sevgilisini güllələdi - VİDEO

Atası qızının keçmiş sevgilisini güllələdi -  VİDEO
  31 Avqust 2022    Oxunub:1020
ABŞ-ın Ohayo əyalətində keçmiş sevgilisinin yaşadığı evə girmək istəyən şəxsin görüntüləri təhlükəsizlik kamerasına düşüb.
22 yaşlı Ceyms Rayl evin qapısını zorla açmağa çalışıb. Bu an qızın atası Mitç Dyukro evdə olub. “Mənim silahım var, sənə xəbərdarlıq edirəm”, - deyə qızın atası oğlana səslənib. Lakin Ceyms Mitçin sözlərinə qulaq asmayıb və qapını açmağa cəhd edib.

Oğlanın geri çəkilmədiyini görən ata 3 dəfə Rayla atəş açıb. İlk güllə evə hücum edənin sağ çiyninə, digər iki güllənin biri sol çiyninə və belinə dəyib.Ceyms Rayl hadisə anında həyatını itirib.



Şəms Şahinli
AzVision.az


Teqlər:



Xəbər lenti