İrəvanda müəmmalı insident: Deputatın obyekti partladıldı

   İrəvanda müəmmalı insident:    Deputatın obyekti partladıldı
  31 Avqust 2022    Oxunub:757
Ermənistanda partlayış hadisəsi baş verib. AzVision.az xəbər verir ki, bu barədə kriminal xəbər saytı olan "Shamshiyan" məlumat yayıb.
"Bu gün İrəvanda fövqəladə hadisə baş verib. Səhər saat 05:00 radələrində polisin əməliyyat qərargahına və Fövqəladə Hallar Nazirliyinin 911 Xilasetmə Xidmətinin əməliyyat qərargahına Zaryan küçəsində partlayış baş verməsi barədə məlumat daxil olub.

"Surmalu faciəsi"ndə yeni detal: Mağazada 4 ton partlayıcı maddə saxlanılıb
Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, polis və xilasedicilər naməlum şəraitdə Nairi küç. və asılmış led işıqları qırılıb. İlkin məlumata görə, xoşbəxtlikdən partlayış nəticəsində xəsarət alan olmayıb. Baş müstəntiq Mkrtçyanın başçılığı ilə Ermənistan İstintaq Komitəsinin Yerevan şəhəri üzrə İstintaq İdarəsinin Ərəbkir İstintaq İdarəsinin qrupu da hadisə yerinə gəlib. Sözügedən avtomobil hissələri mağazası və yağlama məntəqəsi parlamentin "Mənim addımım" fraksiyasından olan Hayk Sarkisyanın atası 70 yaşlı Zare Sarkisyana məxsusdur və o da hadisə ilə bağlı Ərəbkir polis idarəsinə şikayət edib", - nəşr yazıb.

Müxalif saytlar isə yazırlar ki, partlayış təşkil olunmuş insident olub. Əks təqdirdə deputatın atası dərhal polisə şikayət etməzdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Partlayış  





Xəbər lenti