Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin üçüncü görüşü keçiriləcək

   Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin üçüncü görüşü keçiriləcək
  31 Avqust 2022    Oxunub:1159
Brüsseldə Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin üçüncü görüşü keçiriləcək.
Bu barədə “Joqovurd” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşündən sonra bu ay ərzində Baş nazir müavinlərinin yeni görüşü baş tutacaq.

“Dünən Rusiyanın paytaxtı Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının və Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib. Razılaşdırılmış vaxt çərçivəsində üçüncü görüşün keçirilməsinə dair razılıq təsdiqlənib”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti