Kreml Qorbaçovun dəfn mərasimini təşkil etməyəcək?

  Kreml Qorbaçovun dəfn mərasimini təşkil etməyəcək?
  31 Avqust 2022    Oxunub:1102
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş katibi və SSRİ-nin ilk və son prezidenti Mixail Sergeyeviç Qorbaçovun dövlət səviyyəsində təşkil olunacaq dəfn mərasimi ilə bağlı hələ ki qərar qəbul edilməyib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kreml in rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

- Hazırda sizə dəqiq cavab verə bilmərəm. Bu gün məsələ ilə məşğul olacaqlar. Hələ ki heç bir qərar qəbul edilməyib. Bu məsələdə səbrli olmaq lazımdır, – Rusiya prezidentinin mətbuat katibi deyib.
Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev isə deyib ki, Qorbaçovun yürütdüyü siyasətin ziddiyyətli nəticələrinə baxmayaraq, onun ölümü bütün ölkə üçün böyük bir faciədir.
Qeyd edək ki, SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov avqust ayının 30-unda 92 yaşında vəfat edib. Xəstəxananın yaydığı məlumata görə, onun ölümü ağır və uzun sürən xəstəlikdən sonra baş verib.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Qorbaçovun ölümü ilə bağlı başsağlığı verib.

Şəms Şahinli

AzVision.az


Teqlər: Qorbaçov  



Xəbər lenti