Papa: “Üçüncü Dünya müharibəsini yaşayırıq”

 Papa:    “Üçüncü Dünya müharibəsini yaşayırıq”
  31 Avqust 2022    Oxunub:1068
Roma Papası Fransisk bəyan edib ki, bu gün Üçüncü Dünya müharibəsini yaşayırıq.
O, bu fikri Polşadan olan dindarları salamlayaraq və İkinci Dünya müharibəsinin başlanmasının ildönümünü xatırlayaraq bildirib.

“Sabah siz Polşa xalqına çox ağrılı təsir göstərən İkinci Dünya müharibəsinin başlanmasının ildönümünü xatırlayacaqsınız.Bu gün biz Üçüncü Dünya Müharibəsini yaşayırıq. Keçmiş təcrübələrin xatirəsi sizi özünüzdə, ailələrinizdə, sosial və beynəlxalq həyatda sülh yetişdirməyə təşviq etsin”-deyə, o bildirib.


AzVision.az


Teqlər:





Xəbər lenti