"Almanlar Qorbaçova borcludurlar" - Kansler

  "Almanlar Qorbaçova borcludurlar" -    Kansler
  31 Avqust 2022    Oxunub:927
Almaniya kansleri Olaf Şolts keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun vəfatından təəssüfləndiyini və alman xalqının ona borclu olduğunu bildirib. AzVision.az xəbər verir ki, o, bu barədə özünün Twitter hesabında məlumat yayıb.
Kanslerin sözlərinə görə, Qorbaçovla birgə cəsarətli islahatçı, uzaqgörən siyasətçi və dövlət xadimi də dünyasını dəyişib.

“Dəyişikliklərə daima açıq olma cəsarəti, şəffaflıq istəyi və dönməz təbiəti onu başqalarından fərqləndirirdi”- Şolts yazıb.

Eyni zamanda Almaniya lideri onu da qeyd edib ki, Rusiyada Mixail Qorbaçova layiq olduğu hörmət və qiymət verilməyib.

"Biz almanların ona böyük borcumuz var. Çünki onun yenidənqurma siyasəti soyuq müharibənin öhdəsindən gəlmək, “sərhəd ağacları”nı təmizləmək və Avropa ilə Almaniyanı yenidən birləşdirmək üçün təməl qoydu", - kansler deyib.

Qeyd edək ki, SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov avqustun 30-unda vəfat edib.

Şəms Şahinli
AzVision.az




Teqlər:





Xəbər lenti