Polşada inflyasiya son 25 ilin ən yüksək həddinə çatıb

Polşada inflyasiya son 25 ilin ən yüksək həddinə çatıb
  31 Avqust 2022    Oxunub:1177
Polşada inflyasiya artmaqda davam edir və avqustda 16,1%-ə çatıb.
Bu barədə ölkənin Baş Statistika İdarəsi məlumat yayıb. Qeyd olunub ki, 2022-ci ilin avqust ayında malların və istehlak xidmətlərinin qiymətləri, ilkin hesablamalara görə, 2021-ci ilin avqust ayı ilə müqayisədə 16,1% artıb. Bu, qiymətlərin və malların artımının 16,6% səviyyəsində olduğu 1997-ci ildən bəri ən yüksək göstəricidir.

Polşada məhsullar illik ifadədə 17,4%, enerji resursları 40,3%, yanacaq 23,3% bahalaşıb. İyul ayı ilə müqayisədə mal və xidmətlərin qiymətləri isə 0,8% bahalaşıb.

AzVision.az


Teqlər:



Xəbər lenti