“Lukoyl”un vitse-prezidenti pəncərədən yıxılaraq öldü

   “Lukoyl”un vitse-prezidenti pəncərədən yıxılaraq öldü
  01 Sentyabr 2022    Oxunub:1295
Rusiyanın “Lukoyl” şirkətinin vitse-prezidenti Ravil Maqanov Moskvada müalicə aldığı xəstəxananın altıncı mərtəbəsinin pəncərəsindən yıxılaraq dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. Qeyd olunub ki, 68 yaşlı Maqanovun intihar etməsi istisna edilmir. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Maqanov 2006-cı ildən “Lukoyl” şirkətinin birinci vitse-prezidenti vəzifəsini icra edirdi.


AzVision.az



Teqlər:



Xəbər lenti