Britaniyalı könüllü Ukraynada öldürüldü

Britaniyalı könüllü Ukraynada öldürüldü
  01 Sentyabr 2022    Oxunub:941
Ukraynada müharibədə iştirak edən 48 yaşlı britaniyalı könüllü Kreyq Makintoş xüsusi hərbi əməliyyat zonasında həlak olub.
AzVision.az“The Times”a istinadən xəbər verir ki, o, avqust ayının 24-də yaralı yoldaşına kömək etmək istəyərkən öldürülüb. Kreyqin bacısı Lorna qardaşının nəşini Böyük Britaniyaya gətirtmək üçün ianə aksiyası elan edib.

Onun sözlərinə görə, qardaşı 16 yaşından 23 yaşınadək hərbi xidmətdə olub. Xidmətdən qayıtdıqdan sonra o, landşaft dizayneri kimi fəaliyyət göstərib. Lorna əlavə edib ki, səhhəti ilə əlaqəli olaraq Makintoş Britaniyanın hərbi ordusunda xidmət edə bilməyib və Ukraynaya könüllü olaraq yollanıb.

Qeyd edək ki, onun iki qız ovladı var.

Şəms Şahinli
AzVision.az


Teqlər:



Xəbər lenti