Müharibə Araşdırmaları İnstitutu Rusiyanın "məktəb əməliyyatı"nın sirrini açdı

   Müharibə Araşdırmaları İnstitutu Rusiyanın    "məktəb əməliyyatı"nın sirrini açdı
  01 Sentyabr 2022    Oxunub:1334
Rusiya sentyabrın 1-də Ukrayna məktəblərinə mümkün hücumlar üçün informasiya zəmini hazırlayıb. AzVision.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında məlumat verilib.
Hesabatda bildirilir ki, Rusiya hakimiyyəti işğal olunmuş ərazilərdəki məktəblərin siyahısını hazırlayaraq guya Ukrayna tərəfindən onlara mümkün hücumlar olacağı barədə xəbərdarlıq edib. Hücumlar isə yeni dərs ilinin ilk günü, 1 sentyabrda olacaq.

Rusiya Müdafiə Nazirliyi də ayrıca olaraq iddia edib ki, Ukrayna Silahlı Qüvvələri guya bu təhsil ocaqlarına zərbə endirməyə hazırlaşır.

"Kreml artıq görüntü yaradır" - Müharibə Araşdırmaları İnstitutu
Bu elan işğal olunmuş ərazilərdəki məktəblərin siyahısı ilə yanaşı, sentyabrın 1-i üçün üç mümkün ssenariyə dair məlumat şəraitinin yaradılması cəhdi də ola bilər.

İlk və ən təhlükəli ssenari: Rusiyanın işğal olunmuş Ukrayna ərazilərində təhsil infrastrukturuna saxta hücumlara hazırlığı.

İkinci və ən çox ehtimal olunan ssenari: Rusiya hakimiyyəti bununla dərs ilinin əvvəlində qeydiyyat və məktəbə davamiyyətin çox aşağı səviyyədə olmasını izah etməyə çalışacaq.

Üçüncü ssenari: Rusiya Ukrayna Silahlı Qüvvələrinin təyin olunmuş mülki infrastruktura zərbə endirməyəcəyini gözləyərək, işğalçıların hərbi baza kimi istifadə etdiyi məktəbləri də bu “siyahıya” əlavə edə bilər.

ISW hesabatında bir məsələni də xəbərdarlıq kimi yazıb ki, Ukrayna qüvvələrinin əks hücumu aylar çəkə bilər və bu ildırım surətli əməliyyat sayılmır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Məktəb   Ukrayna   Hücum  



Xəbər lenti