Rusiya kəşfiyyatçıları Ermənistanda təlimlərə hazırlaşırlar

   Rusiya kəşfiyyatçıları Ermənistanda təlimlərə hazırlaşırlar
  01 Sentyabr 2022    Oxunub:1347
Rusiya hərbçiləri Ermənistanda təlimlər keçəcəklər. AzVision.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının kəşfiyyat bölmələrinin hərbçiləri dağlıq zonada xüsusi taktiki təlim keçəcəklər.

Xüsusi təyinatlı bölmə dağ çaylarını və dərələri keçərək müxtəlif çətinlikli maneələri, qayalıq əraziləri aşmağa çalışacaq. Tapşırıqlar toplusuna oksigen çatımazlığı şəraitində dağlarda sağ qalma bacarıqlarının və təhlükəsiz davranışların öyrənilməsi, inkişaf etdirilməsi daxildir.

Təlimin yekun mərhələsində hərbçilər dağlıq ərazilərdə kəşfiyyat və axtarış işləri aparacaq, dağlarda müxtəlif növ sığınacaqlar tikəcək, dağ meşələrində sürətli atəş və kəşfiyyat işləri aparacaqlar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Təlim  



Xəbər lenti