"Dünyada koronavirusa yoluxma halları azalıb" - ÜST

   "Dünyada koronavirusa yoluxma halları azalıb" -    ÜST
  01 Sentyabr 2022    Oxunub:774
Ötən həftə dünyada 4,5 milyon insan koronavirusa yoluxub. Son bir həftədə koronavirus infeksiyasından ölənlərin sayı 13 min nəfər təşkil edib. Ötən həftə ilə müqayisədə yoluxma halları 16 faiz, ölüm halları isə 13 faiz azalıb.
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)məlumat yayıb. Qeyd edilir ki, xüsusilə də Şərqi Aralıq dənizi regionunda və Avropada koronavirusa yoluxma hallarında azalma qeydə alınıb.

Afrikada da ölüm nisbəti əhəmiyyətli dərəcədə azalıb. Bununla belə, Cənub-Şərqi Asiya və Sakit Okeanın qərbindəki ölkələrdə ölüm halları artıb. Avqustun 30-na olan məlumata görə, dünyada 599 milyondan çox insan koronavirusa yoluxub, ölənlərin ümumi sayı isə 6,4 milyon nəfərdən çoxdur.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti