Polşa qırıcıları Slovakiyanın hava məkanını qoruyur

Polşa qırıcıları Slovakiyanın hava məkanını qoruyur
  01 Sentyabr 2022    Oxunub:851
Sentyabrın 1-dən Polşa qırıcıları Slovakiyanın hava məkanında tapşırıqlar yerinə yetirməyə başlayacaqlar.
Məqsədin müttəfiqlərin ümumi təhlükəsizliyini yaxşılaşdırmaq olduğu qeyd edilir. “Prezident Andjey Dudanın qərarına əsasən, sentyabrın 1-dən Polşa qırıcıları Slovakiyanın hava məkanında tapşırıqları yerinə yetirməyə başlayır. Bu missiyanın məqsədi Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranmış təhlükəsizlik böhranı fonunda müttəfiqimizi gücləndirməkdir”, - deyə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox bildirib.

Prezidentin fərmanına əsasən, sentyabrın 1-dən “F-16” və ya “MİQ-29” qırıcıları növbə çəkməyə başlayacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti