Polşa Almaniyadan 1,3 trilyon dollar təzminat tələb edir

   Polşa Almaniyadan   1,3 trilyon dollar təzminat tələb edir
  02 Sentyabr 2022    Oxunub:763
Polşa Almaniyadan İkinci Dünya müharibəsinə görə rəsmən təzminat tələb edəcək.
Bunu Polşanın hakim “Hüquq və Ədalət” partiyasının lideri Yaroslav Kaçinski deyib. Polşa İkinci Dünya müharibəsi zamanı Üçüncü Reyxin vurduğu zərəri 6,2 trilyon zlot (təxminən 1,3 trilyon dollar) qiymətləndirir.

Bildirilir ki, insan itkiləri 5,2 milyon nəfər, birbaşa maddi ziyan 797 milyon zlot, mədəniyyət sahəsində ölkə 19 milyon zlot, bank sektorunda 89 milyon zlot itirib. Ayrı bir maddə sığorta itkiləridir.

“Almaniyaya təzminat üçün müraciət etmək qərarı verildi. Onları elan etmək Polşanın borcudur”, - Kaçinski bildirib.


AzVision.az



Teqlər:



Xəbər lenti