"Skopinski manyakı" yenidən təcridxanaya göndərildi

      "Skopinski manyakı"    yenidən təcridxanaya göndərildi
  01 Sentyabr 2022    Oxunub:1910
“Skopin manyakı” kimi tanınan Viktor Moxov ev dustaqlığı şərtlərinə əməl etmədiyi üçün istintaq təcridxanasına köçürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Ryazan vilayətinin prokurorluğu məlumat yayıb.

“Skopinski manyakı” azadlığa çıxdı
"O, ev dustaqlığı şərtlərini pozub. Müstəntiq məlum ev dustaqlığının həbs-qətimkan tədbirinə dəyişdirilməsi barədə vəsatətlə çıxış edib. Prokurorluq bunu dəstəkləyib və məhkəmə müvafiq qərar qəbul edib", - prokurorluqdan bildirilib.

Xatırladaq ki, Viktor Moxov 2000-ci ildə 14 və 17 yaşlarında iki qızı qaçıraraq, onları dörd ilə yaxın evinin zirzəmisində gizlədib. Moxov qızlara təcavüz etməklə yanaşı, onları ac saxlayıb, hər gün işgəncə verib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Manyak   Rusiya  



Xəbər lenti