AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Ryazan vilayətinin prokurorluğu məlumat yayıb.
"O, ev dustaqlığı şərtlərini pozub. Müstəntiq məlum ev dustaqlığının həbs-qətimkan tədbirinə dəyişdirilməsi barədə vəsatətlə çıxış edib. Prokurorluq bunu dəstəkləyib və məhkəmə müvafiq qərar qəbul edib", - prokurorluqdan bildirilib.
Xatırladaq ki, Viktor Moxov 2000-ci ildə 14 və 17 yaşlarında iki qızı qaçıraraq, onları dörd ilə yaxın evinin zirzəmisində gizlədib. Moxov qızlara təcavüz etməklə yanaşı, onları ac saxlayıb, hər gün işgəncə verib.
Tural Tağıyev
AzVision.az