Rusiyada uşaqlara üzərində Ukrayna gerbi olan sertifikatlar verilib - FOTO

   Rusiyada uşaqlara üzərində Ukrayna gerbi olan sertifikatlar verilib -    FOTO
  01 Sentyabr 2022    Oxunub:3659
Rusiyada Ukrayna ilə bağlı maraqlı hadisə baş verib. AzVision.az xəbər verir ki, Çita şəhərindəki uşaq bağçalarından birində uşaqlara üzərində Ukraynanın dövlət gerbi olan sertifikatlar verilib.
Çita.ru nəşri bu diqqət çəkən hadisə ilə bağlı yazıb ki, hadisə 73 saylı “Semiçvetik” uşaq bağçasında baş verib. Şagirdlər “Mister və Miss leto – 2022” müsabiqəsində iştiraka görə sertifikatlar alıblar.

Evindən Ukrayna bayrağı asan rusun pəncərəsini rənglədilər - VİDEO
“Axşam bizə fəxri fərman verdilər, ortada isə Ukraynanın gerbi var, o, açıq-aydın görünür.Əvvəlcə başa düşmədik, tarix və uşaq qrupunun aydın olmamasına qəzəbləndik. Axşam valideynlər bu məsələni ictimailəşdirdilər və sual etdilər ki, “Uşaqlar, siz ümumiyyətlə burada Ukraynanın gerbinin olduğunu görmüşdünüzmü?” - uşaqlardan birinin atası deyib.

Bundan sonra valideynlər sertifikatların geri təhvil verilməsi tələbi ilə məktəbəqədər təhsil müəssisəsinə zəng etməyə başlayıblar. Aidiyyəti qurumdan onlara yeni sertifikatların çap olunacağını söz veriblər.

Ukraynanın dövlət rəmzləri olan sertifikatların rusların uşaq bağçasında necə peyda olması məlum deyil.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Bağça   Gerb  



Xəbər lenti