Estoniya ruslara viza verilməməsində israrlıdır

   Estoniya ruslara viza verilməməsində israrlıdır
  02 Sentyabr 2022    Oxunub:649
Estoniyanın xarici işlər naziri Urmas Reynsalu hökumətin mətbuat konfransında bildirib ki, Tallin yeni sanksiyalar paketi çərçivəsində Rusiya vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişinə tam qadağa qoyulmasında israr etmək niyyətindədir.
Onun sözlərinə görə, ölkəsi səkkizinci sanksiyalar paketi çərçivəsində ümumavropa qadağasının tətbiqinə çağıracaq. Nazir vurğulayıb ki, Tallin bu mövzunu unutmayacaq və Rusiya vətəndaşları üçün vizaların verilməsi prosedurunun çətinləşdirilməsi qərarından razı qalmadıqlarını söyləməyə davam edəcək.


AzVision.az



Teqlər:



Xəbər lenti