Polşa Cənubi Koreyadan silah almağı planlaşdırır

Polşa Cənubi Koreyadan silah almağı planlaşdırır
  02 Sentyabr 2022    Oxunub:676
Polşa Müdafiə Nazirliyi Cənubi Koreya istehsalı olan K239 “Çunmu” reaktiv yaylım atəş sisteminin alınması imkanını nəzərdən keçirir.
Bu barədə “Defence News” xəbər verib. Qeyd olunub ki, Polşa ABŞ-la 500-ə qədər HIMARS reaktiv yaylım atəşi sisteminin mümkün alınması ilə bağlı danışıqlara paralel olaraq “Çunmu”nun əldə edilməsini müzakirə edir.

Polşa nazirliyinin sözçüsü Koreya ilə danışıqların aparıldığını təsdiqləyərək, Varşavanın Seulla əməkdaşlığının silah alışından kənara çıxa biləcəyini və gələcəkdə reaktiv yaylım atəş sisteminin birgə istehsalı, modernləşdirilməsini əhatə edəcəyini bildirib.


AzVision.az



Teqlər:



Xəbər lenti