Balıqçı soyuducuda 11 gün suda qaldı - VİDEO

   Balıqçı soyuducuda 11 gün suda qaldı -    VİDEO
  02 Sentyabr 2022    Oxunub:812
Brazilyalı balıqçı Romualdo Masedo Rodrigez iyulun sonlarında Oyapok çayını öz taxta qayığında tərk edərək Fransa Qvianasının sahilində yerləşən İlet-la-Mer adasına yollanıb.
Lakin səyahətdən bir neçə gün sonra 44 yaşlı Romualdonun qayığına su dolmağa başlayıb və nəticədə qayıq suda batıb.Üzə bilməyən balıqçı boğulmamaq üçün qayığında olan soyuducuya yerləşərək günlərlə xilas edilməsini gözləyib.

O, okeanda 11 gün qaldıqdan sonra Surinam sahillərindən keçən gəmi tərəfindən xilas edilib.
Rodrigez ilk tibbi yardım aldıqdan sonra polis onu həbs edib. Balıqçı 16 gün Paramaribo həbsxanasında saxlanılıb.







Şəms Şahinli
AzVision.az



Teqlər:



Xəbər lenti