Lavrov Mirzoyanla Qarabağı müzakirə edib

 Lavrov Mirzoyanla Qarabağı müzakirə edib
  02 Sentyabr 2022    Oxunub:936
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mrizoyan arasında telefon danışığı olub. Tərəflər Qarabağ məsələsi üzrə üçtərəfli sazişlərin icrasının gedişatı və perspektivlərini müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd edilir.

"Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlərin həyata keçirilməsinin gedişatını və perspektivlərini ətraflı müzakirə ediblər. Yaxın vaxtlarda təmasların davam etdirilməsi razılaşdırılıb", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti