"Rusiya Ukraynada 900-dən çox elit hərbçisini itirib" - "Daily Mail"

  "Rusiya Ukraynada 900-dən çox elit hərbçisini itirib" -  "Daily Mail"
  02 Sentyabr 2022    Oxunub:795
Rusiyanın fevral ayında Ukraynaya hücumundan sonra 900-dən çox elit hərbçisini itirib. İctimaiyyətə açıq olan məlumatlara görə, 337 dəniz piyadası, Milli Qvardiyanın və OMON-un 245 xüsusi təyinatlısı, 151 hərbi kəşfiyyatın hərbçisi və 144 elit desantçı həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

"Rusiya artıq məhbusları, mühafizəçiləri orduya cəlb edir" - Associated Press
Federal Təhlükəsizlik Xidməti (FSB) və Federal Mühafizə Xidməti (FSO) 20 nəfəri itirib. Həmçinin 67-yə yaxın pilot da həlak olub ki, bunların da təlimi 17 ilə başa gəlib və 14 milyon dollar tələb edib.

Nəşr keçən həftə Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin açıqlamasını da xatırladıb. Nazir demişdi ki, Rusiya fevralın 24-də Ukrayna sərhədini keçdikdən sonra 80 minə qədər əsgər itirib.

Martın sonunda isə Rusiya 1351 nəfərin öldüyünü etiraf etdi. Lakin o vaxtdan qurbanların sayı barədə heç nə deyilməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Hərbçi  



Xəbər lenti