"Paşinyan əxlaqsız siyasi mühitdə doğulmuş fiqurdur" - Erməni deputat

   "Paşinyan əxlaqsız siyasi mühitdə doğulmuş fiqurdur" -    Erməni deputat
  02 Sentyabr 2022    Oxunub:920
Ermənistan parlamentinin deputatı Andranik Tevanyan ermənilərin keçmişdə qeyd etdikləri "Qarabağın müstəqillik günü" ilə bağlı sərt açıqlamalar verib. O xalqı artıq siyasi proseslərə real şəkildə baxmağa çağırıb.
- Qarabağın "müstəqillik günü" münasibətilə tost yarışı, yalançı pafos, axmaq sözlər yağışı, ucuz selfilər, vətənpərvərlik yarışı davam edir. Amma reallıq budur ki, 44 günlük müharibə nəticəsində biz Qarabağı itirdik və bizi Ermənistanın dövlətçiliyini itirmək təhlükəsi gözləyir.

Ermənistan artıq Qarabağın təhlükəsizliyinin qarantı deyil. Ermənistan heç öz təhlükəsizliyinin qarantı da deyil. “Müstəqillik” və “bayram” sözləri bu şəraitdə acı bir təbəssüm doğurur...

"Qarabağın müstəqilliyini unudun" - Erməni politoloq
Nikol Paşinyan Qarabağdakı "dövlətçiliyin"in cəlladı oldu və erməni xalqının tarixində əbədi olaraq qalmalıdır. Siyasət əxlaqsızlaşdığı və dözülməz olmağa başladığı andan biz Qarabağı itirmişik. Nikol Paşinyan əxlaqsız siyasi mühitdə doğulmuş bir fiqurdur və ondan 2018-ci il mayın 9-dan gördüklərimizdən başqa heç nə gözlənilmirdi. İndi biz ekzistensial böhranla üz-üzəyik, - erməni deputat gileylənib.

Tevanyan qeyd edib ki, "1988-ci il layihəsi" son uğursuzluğuna yaxındır.

- Buna indi “sülh dövrü” deyirlər. Bizim düşmənlərimiz və Ermənistan Respublikasının indiki hakimiyyət orqanları bu istiqamətdə işləyirlər. Hər şeyin necə bitəcəyini təxmin etmək çətin deyil.

Bir şey aydındır. Qarabağ Ermənistanın varlığının mənası və missiyasıdır. Biz indi bu varlığın mənası və missiyasından məhrum olduq. Çünki düşmənlərimiz çox gözəl bilirlər ki, varlıq mənası və missiyasından məhrum olan dövlət və millət məhvə düçar olur. 2 sentyabr bu barədə ciddi düşünmək üçün simvolik gündür.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Qarabağ   Deputat  



Xəbər lenti