Ərdoğan Consonla telefon danışığı aparıb
Qeyd olunub ki, danışıq zamanı Türkiyə-Birləşmiş Krallıq münasibətləri və regional məsələlər müzakirə edilib.
Prezident Ərdoğan Boris Consonla onun vəzifədə olduğu müddətdə yaxın dialoq qurduqlarını və iki ölkə arasındakı münasibətləri qarşılıqlı hörmət və anlaşma əsasında daha da inkişaf etdirdiklərini bildirib.
Bundan əlavə, Türkiyə lideri strateji tərəfdaş və yaxın müttəfiq olan Böyük Britaniya ilə əlaqələrin eyni sağlam düşüncə və uzaqgörənliklə qarşıdakı dövrdə bütün sahələrdə inkişaf edəcəyinə inandığını bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


