Almaniya Ukraynanın yeni səfirinin namizədliyini təsdiqləyib

Almaniya Ukraynanın yeni səfirinin namizədliyini təsdiqləyib
  03 Sentyabr 2022    Oxunub:629
Almaniya prezidenti Frank Valter-Ştaynmayer Ukraynanın Almaniyadakı yeni səfiri Aleksiy Makeyevin namizədliyini təsdiqləyib.
Bu barədə “Spiegel” xəbər verir. “Ukraynanın əvvəlki səfiri Andrey Melnik kimi Makeyev də alman dilini çox yaxşı bilir və Melnik kimi o da tələb qoymağı bilir”, - alman jurnalistləri Kiyevin yeni nümayəndəsini xarakterizə edirlər.

Əvvəlki səfir Andrey Melnik 2022-ci ilin iyulunda Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.

O, bunu səfirlərin müntəzəm rotasiyasının bir hissəsi adlandırıb. Lakin bir sıra KİV-lər səfirin istefasının səbəblərindən birinin Almaniyanın Kiyevə 9 milyard dollarlıq yardım paketini əngəlləməsi ola biləcəyini yazıb.

AzVision.az


Teqlər:



Xəbər lenti