Ermənilərin Vardanyan təxribatı

 Ermənilərin Vardanyan təxribatı
  03 Sentyabr 2022    Oxunub:932
Ermənistan mətbuatı daha bir təxribat hadisəsi barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, "Hraparak" nəşri Rusiyadan sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycanın Xankəndi şəhərinə köçən erməni biznesmen Ruben Vardanyanın burad tezliklə "nazir" təyin olunacağını yazıb.
“Dünən iş adamı Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdiyini və Qarabağda məskunlaşmaq qərarına gəldiyini elan etdi. O, erməniləri də Qarabağa köçürməyə və burada quruculuq işləri aparmağa çağırıb. Xankəndidəki mənbələrimiz xəbər verir ki, Vardanyan "Artsax"ın (Xankəndidə qalan separatçıların qondarma rejiminə qoyulan ad-red.) adi "vətəndaşı" statusuna malik olmayacaq. Onun potensialından idarəetmə sistemində istifadə etməyə çalışacaqlar", - müəllif yazıb.

Ruben Vardanyan: “Biz ağır xəstəyik”
Qəzet yazır ki, müəmmalı şəkildə Rusiya vətəndaşlığını atıb heç kimin tanımadığı qondarma vətəndaşlıq aldığını deyən Vardanyan
yaxın vaxtlarda mühüm vəzifəyə təyin olunacaq. Bu vəzifə isə hazırda Artak Beqlaryanın tutduğu "baş nazir" olacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Baş-Nazir   Xankəndi  



Xəbər lenti