|
| Ermənistanda daha bir generala cinayət işi açıldı |
"Üstəlik, bizə daxil olan məlumata görə, ibtidai istintaq orqanlarından biri Ermənistan Respublikası hökumətinə müharibəyə dair bağlı bəzi materialların təqdim edilməsi xahişi ilə ərizə təqdim edib. Ərizəyə necə cavab verilib? Bununla bağlı indiyə qədər olan təfərrüatları öyrənə bilməmişik. Bircə onu bilirik ki, cavab çox da qənaətbəxş olmayıb.
Qeyd edək ki, belə vəziyyətlə paralel olaraq, İstintaq Komitəsi kifayət qədər fəal şəkildə Qarabağın "müdafiə ordusunun" keçmiş komandanı Mikael Arzumanyana qarşı tədbirlər görür, onu Şuşanın özünümüdafiəsini düzgün təşkil etməməkdə ittiham edirlər. Məhkəmənin qərarı ilə onu həbs edirlər.
Dünən Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin rəhbəri, Qarabağın "müdafiə ordusunun" keçmiş rəhbəri Cəlal Arutyunyana qarşı da ittihamlar irəli sürülüb. Bu fəaliyyətin nə ilə əlaqəli olduğu hələlik aydın deyil. Yalnız o bəllidir ki, iki ildən sonra müharibədə, uğursuzluqda günahkar olan şəxslər yada düşür...", - müəllif yazıb.
Digər müxalif saytıar isə iddia edirlər ki, Paşinyan müharibə "nazirlərini" indi həbsə atmaqla yaxın gələcəkdə baş tutacaq sülh prosesi ilə bağlı addımlardakı potensial təxribatçıları sıradan çıxarmağa ya da qorxutmağa çalışır. İrəvanı nə Şuşadakı uğursuz əməliyyat, nə də geri alınan Azərbaycan torpaqları maraqlandırmır.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


