AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı "Telegram"da məlumat yayıb.
"Avqustun 31-dən sentyabrın 2-dək iki "Bayraktar TB-2" PUA-sı düşmənin təxminən 26,5 milyon dollar dəyərində texnikasını məhv etdi. Bunlar 8 ədəd T-72 tankı (birinin təxmini dəyəri 3 milyon dollar), "Akasiya" özüyeriyən artileriya qurğusu (1,6 milyon dollar), piyada döyüş maşınları (0,6 milyon dollar) və haubitsalardır (0,3 milyon dollar)", - Zalujın yazıb.
Həmçinin Ukrayna rəsmisinin sözlərinə görə, beş T-72 tankı və bir piyada döyüş maşını da zədələnib.
“Məhv edilmiş və zədələnmiş Rusiya texnikasının ümumi dəyəri 28,35 milyon dollar təşkil edir”, - Zalujnı fikirlərinə əlavə edib.
Tural Tağıyev
AzVision.az