Çexiyada on minlərlə insan hökumətə etiraz edir

Çexiyada on minlərlə insan hökumətə etiraz edir
  03 Sentyabr 2022    Oxunub:1138
Çexiyanın paytaxtı Praqanın Vatslav meydanında baş nazir Petr Fiala hökumətinin istefası tələbi ilə etiraz aksiyası keçirib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin siyasi qurumları və qeyri-hökumət təşkilatlarının çağırışı ilə on minlərlə insan paytaxtın ən böyük meydanlarından birinə toplaşıblar.

"Bütün Vatslav Meydanı hökumətin istefasını tələb edir! Biz mitinq iştirakçıları, əleyhimizə işləyən hazırkı kabinetin istefasını tələb edəcəyik", - aksiya iştirakçılarından biri deyib.

Etirazlarda hökumətin istefaya getməyəcəyi təqdirdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı çağırışlar olub.

AzVision.az



Teqlər: Çexiya   Etiraz  



Xəbər lenti