“Gün.az”-dan 9 nəfər işdən çıxarılıb

“Gün.az”-dan 9 nəfər işdən çıxarılıb
  02 May 2014    Oxunub:1631
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovun vaxtilə kurasiyasında olan KİV orqanlarında ciddi böhran yaşanır.
Hətta Aslanovun rəhbərliyi dövründə ərsəyə gələn “Gün.az”, “Bakupost.az” saytlarının yaxın zamanlarda bağlanacağı bildirilirdi.

“Gün.az” saytı fəaliyyətini dayandırmasa da redaksiyada ciddi kadr dəyişikliyi həyata keçirilib.

AzVision.az-ın əldə etdiyi məlumata görə, bu gün fəaliyyətə başlamasının 3 ili tamam olan “Gün.az”-ın 9 əməkdaşı işdən çıxarılıb.

Artıq onlardan bir neçəsi yerli mediada özünə iş tapa bilib.


Teqlər:





Xəbər lenti