Türkiyə ilə İsrail arasında hava nəqliyyatı bərpa edildi

   Türkiyə ilə İsrail arasında hava nəqliyyatı bərpa edildi
  04 Sentyabr 2022    Oxunub:863
İsrailin Nazirlər Kabineti aviaşirkətlərin Türkiyəyə uçuşlarının bərpasına dair saziş layihəsini təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapid tviter səhifəsində məlumat paylaşıb.

“Bu gün hökumət Türkiyə ilə İsrail arasında hava nəqliyyatının bərpasına dair sazişi təsdiqləyib. Bundan sonra İsrail aviaşirkətləri İstanbula və Türkiyənin digər şəhərlərinə, eləcə də əks istiqamətdə uçuşlar həyata keçirə biləcəklər”, - deyə Baş nazir vurğulayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti