Obama Emmi mükafatına layiq görüldü

   Obama Emmi mükafatına layiq görüldü
  04 Sentyabr 2022    Oxunub:738
ABŞ-ın keçmiş prezidenti Barak Obama Netflix-in “Bizim Böyük Milli Parklarımız” sənədli serialındakı hekayəçi roluna görə “Ən yaxşı hekayəçi” nominasiyasında Emmi mükafatına layiq görülüb. Bu barədə akademiyanın rəsmi saytında məlumat verilib.
Görkəmli hekayəçi kateqoriyasında Obamadan başqa, keçmiş amerikalı basketbolçu Kareem Abdul-Cabbar, britaniyalı teleaparıcı Devid Attenboro, komediyaçı Valter Kamau Bell və Keniya əsilli Meksikalı aktrisa Lupita Nyonqo namizəd olublar.

Akademiyadan verilən məlumata görə, eks-prezident mükafatı “Möcüzələr dünyası” adlı birinci seriyada hekayəçiliyə görə alıb.

"Böyük Milli Parklarımız" Çili, Keniya, ABŞ və İndoneziyada çəkilmiş beş seriyalı Netflix serialıdır.

AzVision.az


Teqlər:



Xəbər lenti