ABŞ-da təyyarə okeana düşüb

ABŞ-da təyyarə okeana düşüb
  05 Sentyabr 2022    Oxunub:679
ABŞ-ın qərbində, Vaşinqton ştatının Sietl şəhəri yaxınlığında biri uşaq olmaqla on nəfəri daşıyan təyyarə Sakit okeana düşüb.
Bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb. Qəza yerinə Sahil Mühafizəsinin əməkdaşları cəlb edilib. Qeyd olunub ki, təyyarənin düşdüyü yerdə təhlükəsizlik zonası yaradılıb. Bir nəfərin cəsədi tapılıb, daha doqquz nəfər itkin düşmüş hesab olunur.

AzVision.az



Teqlər:



Xəbər lenti