Paşinyan deputatlara tezliklə sülh sazişi imzalayacağını dedi

   Paşinyan deputatlara tezliklə sülh sazişi imzalayacağını dedi
  05 Sentyabr 2022    Oxunub:1092
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin "Vətəndaş müqaviləsi" fraksiyasının deputatları ilə görüşüb. AzVision.az xəbər verir ki, “ArmLur” saytı görüşün qapalı və məxfi şəraitdə keçirildiyini yazıb.
"Bu məxfi görüşün təfərrüatları “ArmLur”a məlum olub. Paşinyan toplantıda xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşün təfərrüatlarını təqdim edib. İclasda onlar yeni sülh dövründən də bəhs ediblər. Üstəlik Ermənistanın baş naziri tezliklə sülh sazişi imzalayacaqlarını bəyan edib", - nəşr yazıb.

“Opponentlər mənim satqın olduğumu deyirlər” - Paşinyan
Bildirilir ki, həmçinin toplantıda parlamentin qarşıdan gələn sessiyasının başlaması ilə bağlı müzakirələr də aparılıb. Sessiyalar sentyabrın 12-dən başlayacaq və müxalifətin də parlamentə qayıtması gözlənilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Sülh  



Xəbər lenti