Bir gündə iki qəza: Təyyarə Baltik dənizinə düşdü

      Bir gündə iki qəza:   Təyyarə Baltik dənizinə düşdü
  05 Sentyabr 2022    Oxunub:1175
İspaniyanın “Jerez de la Frontera” aeroportundan Almaniyanın Köln hava limanına uçan şəxsi təyyarə Baltik dənizinə düşüb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstriya qeydiyyatlı Cessna 551 tipli şəxsi təyyarənin keçirdiyi qəzadan sonra xilasetmə qrupları bölgəyə göndərilib.

İsveç Dəniz Administrasiyasının mətbuat katibi Johan Wahlström Almaniya və Danimarka döyüş təyyarələrinin sözügedən şəxsi təyyarənin pilotu ilə əlaqə qurmağa çalışdığını, lakin heç bir nəticə əldə etmədiyini bildirib.

Təyyarədə 4 nəfərin olduğu təxmin edilir. Hadisənin baş verdiyi bölgəyə gəmi və helikopter cəlb olunub.

İkinci bədbəxt hadisə isə Almaniyanın şimali Reyn-Vestfaliya əyalətinin Duysburq şəhərində baş verib. Təyyarə qəza nəticəsində sözügedən şəhərdə yerləşən FlicFlac sirkinin dayanacağına düşüb.

Qəzaya uğrayan təyyarənin alovlanması ilə 10 mülki avtomobilə ziyan dəyib. Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları göndərilib. Qeyd edək ki, qəza ilə bağlı istintaqa başlanılıb.

Şəms Şahinli
AzVision.az


Teqlər:



Xəbər lenti