Rusiya və İran vizasız rejim tətbiq edəcək

   Rusiya və İran vizasız rejim tətbiq edəcək
  05 Sentyabr 2022    Oxunub:931
Yanvarın 1-dən etibarən Rusiya və İran arasında 15 gün müddətinə turistik qrup səfərlərinə vizasız rejim tətbiq ediləcək.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Mədəniyyət və Turizm Nazirliyinin marketinq şöbəsinin rəhbəri Leyla Əjdəri məlumat yayıb.

Qeyd edək ki, sözügedən rejim 5 nəfərdən 50 nəfərə qədər olan turistik qruplara aid olacaq. Bu məsələ ilə bağlı saziş İran-Rusiya Turizm Texniki Komitəsinin ikinci iclası zamanı imzalanıb.

“Yanvarın 1-dən etibarən Rusiya və İran vətəndaşları 15 gün müddətində 5 nəfərdən 50 nəfərə qədər turistik qruplar ilə ölkələrdən birinə səfər edəcəkləri təqdirdə vizaya ehtiyac qalmayacaq”, - deyə Əjdəri bildirib.

Şəms Şahinli
AzVision.az


Teqlər:



Xəbər lenti