"Ermənistan Paşinyanın "acgözlər masası"na bənzəyir" - Asatryan

   "Ermənistan Paşinyanın "acgözlər masası"na bənzəyir" -    Asatryan
  05 Sentyabr 2022    Oxunub:672
Keçmiş qondarma rejim “Dağlıq Qarabağ respublikası”nın "müdafiə nazirliyi"nin mətbuat katibi olmuş Senyor Asatryan erməni cəmiyyətinin ağır duruma düşməsindən gileylənib.
AzVision.az xəbər verir ki, separatçı ordunun spikeri olmuş Asatryan baş nazir Nikol Paşinyanın İrəvanı uçuruma yuvarlamasından təəssüf edib. O, sosial şəbəkələrdə Paşinyanın fotosunu paylaşaraq yazıb ki, Ermənistan hazırda fotoda görünən yemək masasını xatırladır.

"Ermənistan idarə olunan xaosdadır" - Asatryan
“Belə bir masanı təsəvvür edin. Orada sizə lazım olan bütün yeməklər var. Təsəvvür edin ki, onun ətrafına nəinki bu masanın necə hazırlandığını bilməyən, həm də ondan istifadə etmək üçün elementar mədəniyyətə malik olmayan insanlar toplanıb. Təsəvvür edin ki, masaya toplaşanların yeganə ümid yeri süfrənin başında dayanandır. Hamı ondan nəinki süfrədə necə davranmağı öyrənəcək, həm də onun köməyi ilə masaya nələrsə əlavə edəcəklərini düşünür. Lakin insanlar süfrə başçısının, bir nömrəli müəllimlərinin addımını həvəslə gözləyərkən, həmin şəxs acgözlüklə ən yaxşı yeməklərin seçilmiş hissəsini götürüb dişləri arasında dartmağa başlayır... Beləcə hər kəs gördü ki, süfrə başçısından başqa nə isə gözləmək mənasızdır. İnsanlar ondan nümunə götürərək, eyni acgözlüklə “hücuma” keçdilər. Müəyyən müddətdən sonra nəinki yeməyə, ümumilikdə masaya hücum etdilər. Müqayisə nə dərəcədə məqsədəuyğundur bilmirəm, amma məni ifadələrimə görə bağışlayın- bu gün vətənimiz bu masaya çox bənzəyir”, - Asatryan erməni xalqını liderinə baxıb süfrəyə cuman kütləyə bənzədib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan  





Xəbər lenti