İrəvanda etirazçılar yolu bağlayıblar
Aksiya iştirakçıları 1990-cı illərdə aldıqları torpaq sahələrinin özəlləşdirilməsi prosesindən narazıdırlar. Proses uzandığından evlərini təmir etdirə, torpağı becərə bilmirlər. Şəhər rəhbərliyi vaxtaşırı problemi həll edəcəyinə söz versə də ortada konkret tədbir yoxdur. Ermənilər isə dəfələrlə problemi dilə gətirdiklərini, amma heç bir məsələnin həll olunmadığını iddia ediblər.
"Biz mer ilə təcili görüş tələb edirik və vəziyyətimizi ona izah edəcəyik. Artıq belə yaşamaq mümkün deyil. Evimin damından su axır, amma təmir edə bilmirəm", - etirazçılardan biri deyib.
Aksiya iştirakçıları meriya qarşısında “Biz Ermənistanda yaşamaq istəyirik”, “Ermənistan bizim vətənimizdir” və “Emiqrasiyada gələcək yoxdur” plakatları qaldırıblar.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan Aksiya







Vaxtında, Aydın, Lazımlı!


