İsraildə ərəb jurnalist güllələnərək öldürülüb

   İsraildə ərəb jurnalist güllələnərək öldürülüb
  05 Sentyabr 2022    Oxunub:625
Ərəb jurnalist Nidal Aqbariya bazar ertəsi gecə saatlarında İsraildə öz avtomobilində güllələnərək öldürülüb. AzVision.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
"Umm əl-Fahm şəhərində avtomobildə güllə yaraları almış 44 yaşlı kişi aşkarlanıb. O, ağır vəziyyətdə "Emek" Tibb Mərkəzinə aparılıb", - polisin yaydığı məlumatda deyilir.

Həkimlər daha sonra kişinin öldüyünü bildiriblər.

Bazar ertəsi İsrail mediası ölən şəxsin ərəb araşdırmaçı jurnalisti Nidal Aqbariya olduğunu yazıb. "Yediot Ahronot" xəbər verir ki, ötən ilin iyununda da onun həyatına qəsd olub. 2021-ci ilin iyununda naməlum şəxslər jurnalistin evinə atəş açıblar. Lakin həmin vaxt heç kim xəsarət almayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İsrail  



Xəbər lenti