Liz Trassa qarşı etirazlar başladı: Daxili işlər naziri istefa verdi

   Liz Trassa qarşı etirazlar başladı:    Daxili işlər naziri istefa verdi
  05 Sentyabr 2022    Oxunub:1120
Böyük Britaniyanın daxili işlər naziri Priti Patel Liz Trassun başçılıq etdiyi yeni hökumətin qurulması ərəfəsində istefa verdiyini açıqlayıb.
Patel istefa verən Baş nazir Boris Consona yazdığı məktubda bildirib: "Liz Trassı yeni liderimiz seçilməyiniz münasibətilə təbrik edirəm və onu baş nazir rolunda dəstəkləyəcəyəm. Liz rəsmi olaraq vəzifəsinin icrasına başladıqdan və yeni daxili işlər naziri təyin etdikdən sonra mən ölkəmə və Uitem dairəsinə deputat kimi xidmətə davam edəcəyəm”.

Qeyd edək ki, DİN rəhbəri Liz Trassın başçılıq etdiyi yeni hökumətin qurulmasında iştirak etmək istəmədiyi üçün vəzifəsini tərk edib.

AzVision.az


Teqlər:



Xəbər lenti