Ukraynanın üç şəhərində partlayış olub

 Ukraynanın üç şəhərində partlayış olub
  06 Sentyabr 2022    Oxunub:887
Ukraynada döyüşlərin davam etdiyi Krivoy Roq şəhərində partlayış olub .
AzVision.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Kirovoy Roq şəhərinin hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul bildirib.

Onun sözlərinə görə, həmin vaxt hava hücumundan müdafiə sistemləri fəaliyyətdə olub.

Məlumata görə, səhər saatlarında həmçinin Nikolayev və Zaporejye vilayətlərində də partlayış olub. Hadisənin təfərrüatları və itkilər barədə hələ ki, məlumat yoxdur.

A.Vilkul əhalinin sığınacaqlarda qaldığını söyləyib.

AzVision.az


Teqlər:



Xəbər lenti