Çində zəlzələ qurbanlarının sayı 46-ya çatdı

Çində zəlzələ qurbanlarının sayı    46-ya    çatdı
  06 Sentyabr 2022    Oxunub:780
Çinin Siçuan vilayətində baş verən 6,8 bal gücündə zəlzələdə ölənlərin sayı 46-ya çatıb.
AzVision.az xəbər verir ki, Çinin Fövqəladə Halların İdarəedilməsi Nazirliyi təbii fəlakət baş verən Qanzi Tibet muxtar prefekturasında ən yüksək səviyyədə fövqəladə hazırlıq elan edib. Dağıntılar altında insanların qaldığı güman olunur.

Hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə 50 milyon yuan (təxminən 7,25 milyon ABŞ dolları) vəsait ayırıb.

Vəsait axtarış-xilasetmə işlərinə, təbii fəlakətdən zərər görən sakinlərin təxliyəsinə və yerləşdirilməsinə, dağılmış tikililərin bərpasına yönəldiləcək. Təbii fəlakətə görə evlərini tərk edənlərin yerləşdirilməsi üçün 3 min çadır və 10 min çarpayı ayrılıb.

Qeyd edək ki, dünən Çin rəsmiləri zəlzələ nəticəsində həyatını itirənlərin sayının 30 nəfər olduğunu bəyan etmişdi.

Şəms Şahinli
AzVision.az



Teqlər: Zəlzələ  



Xəbər lenti