Ukrayna Enerqodarda PUA ilə əməliyyat aparır

Ukrayna Enerqodarda PUA ilə əməliyyat aparır
  06 Sentyabr 2022    Oxunub:692
Ukraynalı yaraqlılarının Pilotsuz Uçuş Aparatı(PUA) çərşənbə axşamı gecə saatlarında Enerqodarda pasport idarəsinin yerləşdiyi binanın damına mərmi atıb.
AzVision.az xəbər verir ki, bu barədə Enerqodarın Rusiya tərəfindən təyin olunmuş şəhər administrasiyası rəsmiləri məlumat yayıblar.

"Ukraynalı terrorçu"lar yenidən Enerqodarda mülki infrastruktur obyektinə hücum ediblər. Gecə yarısı Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA pasport idarəsini vurub", - "RİA Novosti" yazıb.

Administrasiya "rəsmisi" sayta açıqlamasında qeyd edib ki, Kiyev rejimi əhalini qorxutmaqla işğal olunmuş ərazilərin Rusiyaya birləşdirilməsinin təbii prosesini pozmaq üçün uğursuz cəhdlərini davam etdirir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti