Peskov Azərbaycanı foruma dəvət etməmələrindən danışdı

   Peskov Azərbaycanı foruma dəvət etməmələrindən danışdı
  06 Sentyabr 2022    Oxunub:1548
Ermənistanın baş naziri Nikol Paşinyanın Şərq İqtisadi Forumunda (VEF) iştirakı uzun müddətdir ki, müzakirə olunurdu. AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml rəsmisi Azərbaycanın da dəvət olunub-olunmaması ilə bağlı sualı cavablandırarkən deyib ki, "Xeyr dəvət olunmayıb. Çoxdan erməni tərəfi ilə razılıq əldə olunmuşdu ki, cənab Paşinyan foruma gəlsin. Xüsusən də erməni həmkarlarımız bu forumda olmayıblar".

Peskov qeyd edib ki, danışıqlar qruplarına gələnlər gördüklərindən sözün əsl mənasında heyrətləniblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Peskov  



Xəbər lenti